Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Elçin Mehdiyev/
ABŞ-ın keçmiş prezidenti Corc Buş (ata) və onun həyat yoldaşı xanım Barbara evliliklərinin 70 illiyini qeyd ediblər. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
Cütlük 1941-ci ildə tanış olub və 1945-ci il yanvarın 6-da Nyu Yorkda ailə qurublar. Onların bu izdivacdan 6 övladı dünyaya gəlib.
Məlum olduğu kimi, cütlüyün övladlarından biri Corc Buş (oğul) ABŞ-ın keçmiş prezidenti, digər bir övladları Ceb Buş isə Florida ştatının qubernatoru olub.