...

Çingiz xanın məzarı haradadır?

Maraqlı Materials 12 Yanvar 2015 20:55 (UTC +04:00)
Monqol İmperiyasının qurucusu və lideri Çingiz xanın məzarı ölümündən əsrlər keçməsinə rəğmən, hələ də tapılmır.
Çingiz xanın məzarı haradadır?

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Məftun Salmanov/

Monqol İmperiyasının qurucusu və lideri Çingiz xanın məzarı ölümündən əsrlər keçməsinə baxmayaraq, hələ də tapılmır.

Trend-in Türkiyənin "Cihan" agentliyinə istinadən verdiyi məlumata əsasən, 1227-ci ildə 65 yaşında ölən Çingiz xanın cəsədinin heç kimin tapa bilməyəcəyi yerdə dəfn edildiyi iddia edilir.

"Washington Post" qəzetinin xəbərinə görə, bu mövzunu araşdırmağa davam edən elm adamları məzarın tapılacağı təqdirdə, dünya tarixinə böyük töhfə veriləcəyi qənaətindədirlər.

Rəvayətlərə görə, Çingiz xan dəyərli əşyalarla birlikdə dəfn edilib. Məzarın tapılmaması üçün minlərlə at həmin yeri tapdalayıb. Daha sonra dəfn işlərini görən 2000 əsgər məzarın yaxınlığında olan başqa əsgərlər tərəfindən qılıncdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti