...

Sosial xidmət qarşılığında uşaq

Maraqlı Materials 22 Yanvar 2015 19:10 (UTC +04:00)
Danimarkanın 14 min əhalisi olan Tistled şəhərində dövlət səlahiyyətliləri ilə xalq ümumi razılığa gəlib.
Sosial xidmət qarşılığında uşaq

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Məftun Salmanov/

Danimarkanın 14 min əhalisi olan Tistled şəhərində dövlət səlahiyyətliləri ilə xalq ümumi razılığa gəlib.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, dövlət daha çox uşaq dünyaya gətirilməsi müqabilində göstəriləcək sosial xidmətlərin sayını artıracaq.

Lakin Tistleddə doğulan uşaqlar burada yaşamalı, alış-veriş etməli və məktəbə getməlidirlər.

Qeyd edək ki, Danimarka hökuməti ötən il əhalinin sayını artırmaq məqsədilə "Bunu Danimarka üçün et!" adlı kampaniyaya başlamışdı. Kampaniya üçün yaradılan internet saytında cütlüklər tətilə çıxacaqları tarixi işarələyirdi. Cütlüklər həmin tətildə uşaq sahibi olarlarsa, doğulan körpələrin bütün xərclərini dövlət öz üzərinə götürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti