...

"Facebook" mobil telefonlara hakim kəsilib

Maraqlı Materials 29 Yanvar 2015 15:41 (UTC +04:00)
Hər ay təqribən 1,19 milyard istifadəçi "Facebook" sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olur.
"Facebook" mobil telefonlara hakim kəsilib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Məftun Salmanov/

Hər ay təqribən 1,19 milyard istifadəçi "Facebook" sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olur.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, "Facebook"un aylıq auditoriya aktivliyinin təqribən 86 faizini təşkil edir.

Hər ay sosial şəbəkəyə ümumilikdə 1,39 milyard istifadəçi daxil olur. "Facebook"un mobil auditoriya göstəricisi ötən illə müqayisədə 25 faiz artıb. Bu amil şirkətin xeyrinə işləyir.

Qeyd edək ki, "Facebook" "WhatsApp" və "Instagram" servislərinin də sahibidir.

Hər gün bu sosial şəbəkəyə mobil qurğuların köməyi ilə təxminən 745 milyon nəfər daxil olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti