...

İngiltərə ordusu "Facebook" taboru qurdu

Maraqlı Materials 3 Fevral 2015 15:47 (UTC +04:00)
İngiltərə ordusu sosial mediadan istifadə etmək üçün "Facebook" taboru yaradıb.
İngiltərə ordusu "Facebook" taboru qurdu

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Məftun Salmanov/

İngiltərə ordusu sosial mediadan istifadə etmək üçün "Facebook" taboru yaradıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, bununla da ordu sosial media vasitəsilə təşviqat əməliyyatı aparmaq niyyətindədir.

Yeni birliyin vəzifəsi sosial şəbəkədə təşviqatla məşğul olaraq düşmən üzərində üstünlük əldə etməkdir. Ölkədə "Facebook" döyüşçüləri kimi xarakterizə edilən birliyin əsl adı 77-ci tabordur.

1500 nəfərdən ibarət tabordakı əsgərlər sosial media mütəxəssisi, haker, kommunikasiya mütəxəssisləri kimi özəlliklərə malikdirlər. Yeni tabor "Twitter"dən də istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti