Azərbaycan, Bakı, 2 mart /Trend/
Mənfi 40 dərəcə şaxtada itən "Madera" ləqəbli kor it iki həftədən sonra sahibinə qaytarılıb.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu müddət ərzində it Alyaskada meşələrdə dolaşıb.
Madera fevralın ortalarında sahibi Ed Devis itin müşayiəti ilə evin yaxınlığında, meşədə velosipedlə gəzərkən itib.
İki həftədən sonra Konstantin Xrulyov adlı şəxs itlə birlikdə E.Devisin evinə gəlib. O, heyvanı qaytardığına görə E.Devisdən evsiz heyvanlar üçün sığınacağa 100 dollar yardım etməyi xahiş edib. Lakin kor itin sahibi 250 dollar ödəmək qərarına gəlib.
İtin sahibi bildirib ki, Madera 6,5 kiloqram arıqlasa da, ümumilikdə sağlamdır.