...

Görmədiyi adama 1,4 milyon dollar göndərdi (FOTO)

Maraqlı Materials 2 Mart 2015 21:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Məftun Salmanov/

ABŞ-da daha əvvəl iki dəfə evlənib boşanmış Sara adlı qadın 18 ay öncə internetdə tanış olduğu bir nəfərə 1,4 milyon dollar göndərib. Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, Kris Olsen adlı şəxs indiyə kimi qadından hotel xərcləri, vəkilə pul ödənişi və s. səbəblərə görə pul istəyib.

İtaliyada doğulan və hazırda Afrikanın müxtəlif ölkələrində işlədildiyi iddia edilən kişi sonuncu dəfə girov qismində 500 000 dollar ödəmək üçün Saraya müraciət edib, o isə öz növbəsində evini satıb.

Sara hələ də onun düzgün insan olduğuna inanır və bir gün yanına gələcəyinə ümid edir. K.Olsenlə hər gün telefonda saatlarla danışdığını deyən Sara qeyd edib: "Bir gün çox yaraşıqlı bir nəfər internetdə qarşıma çıxaraq mənə komplimentlər söylədi. Belə bir yaraşıqlı kişinin mənimlə danışdığına inanmırdım. Bir neçə həftədən sonra məni sevdiyini etiraf etdi və mənə xanım Olsen deyə müraciət etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti