Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Tural Turan/
Sloveniya parlamenti ölkədə eynicinslilərin nikahına icazənin lehinə səs verib. Bu barədə Trend xarici mətbuata istinadən məlumat yayıb.
Qanun layihəsinin lehinə 51, əleyhinə isə 28 deputat səs verib.
Sənədi təqdim edən Birləşmiş Solçular Partiyasının deputatı Matey Vatovets deyib: "Qanuna edilmiş bu düzəliş nikahı cinsdən asılı olmayaraq iki insan arasında əbədi birlik kimi müəyyən edir və bu vaxta qədər mövcud olan diskriminasiyanı ləğv edir".
Qeyd edək ki, təxminən iki min Sloveniya vətəndaşı bu qanunun qəbuluna etiraz olaraq parlamentin binası qarşısında toplaşmışdı.