...

Bütün evi elektrik enerjisi ilə təmin edən batareya (FOTO)

Maraqlı Materials 8 May 2015 23:42 (UTC +04:00)
ABŞ-da bütün ev üçün elektrik enerjisinin saxlanılması mümkün olan batareya yaradılıb.
Bütün evi elektrik enerjisi ilə təmin edən batareya (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İlkin İzzət/

ABŞ-da bütün ev üçün elektrik enerjisinin saxlanılması mümkün olan batareya yaradılıb.

Trend xarici mətbuata istinadən xəbər verir ki, çamadan boyda olan akkumulyatorda bütün ev üçün enerjini saxlamaq mümkündür.

Dünyanın ən böyük idman avtomobili istehsalçılarından biri olan "Tesla Motors" şirkətinin rəhbəri İlon Mask bildirib ki, akkumulyator Günəş enerjisi ilə doldurulur.

Digər Günəş batareyaları gecənin qaranlıq vaxtı işləmir. Bundan əlavə, enerji əsasən yayda yığılır, qışda isə istifadə olunur. Lakin İ.Maskın mühəndisləri enerji üçün "soyuducu" yarada biliblər. Elektrik enerjisini istifadə edən müddətədək istənilən qədər saxlamaq olur.

"Soyuducu" kamera rolunu "Powerwall" akkumulyator sistemləri oynayır. Əgər istifadəçilər yayda Günəş enerjisinin pik vaxtı Günəş batareyalarının əlavə enerjisini ümumi şəbəkəyə ötürmək məcburiyyətində qalırdısa, yeni batareya ilə özünə ehtiyat enerji götürmək, hətta gecələr də ucuz enerji yükləmək mümkündür.

İnternetə qoşulmaqla cihazın köməyi ilə bütün binanın istilik və işıqlandırma sistemini idarə etmək də olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti