...

Tomas Qolts öz tarixi motosikletini SOCAR-a hədiyyə etdi (FOTO)

Maraqlı Materials 27 İyul 2015 17:27 (UTC +04:00)
2000-ci il avqustun 22-də amerikalı jurnalist, tədqiqatçı-macərapərəst Tomas Qoltsun rəhbərliyi ilə dünyanın bir çox ölkələrini təmsil edən motosikletçilər qrupu Bakıdan yürüşə başlayaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçəcəyi yolu ilk dəfə qət etdi.
Tomas Qolts öz tarixi motosikletini SOCAR-a hədiyyə etdi (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

2000-ci il avqustun 22-də amerikalı jurnalist, tədqiqatçı-macərapərəst Tomas Qoltsun rəhbərliyi ilə dünyanın bir çox ölkələrini təmsil edən motosikletçilər qrupu Bakıdan yürüşə başlayaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçəcəyi yolu ilk dəfə qət etdi.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu gün Turkiyəninin Ceyhan limanından Azərbaycan neftini dünya bazarlarına çıxaran 1765 kilometr uzunlugundakı BTC kəmərinin hələ hazır olmadığı bir dövrdə T.Qoltsun idarə etdiyi "URAL" markalı motosiklet tarixi "Neft Odisseyası" layihəsinin aparıcı qüvvəsi kimi ilk Azərbaycan neftini simvolik olaraq Bakıdan Ceyhan limanına çatdırdı. 2001-ci ildə T.Qolts və ardıcılları eyni məsafəni ikinci dəfə qət edərək, kəmər boyunca Azərbaycan təbii qazını Türkiyənin şərqinə, Ərzuruma daşıyıb.

T.Qolts sonradan "Neft Odisseyası" layihəsini belə xatırlayıb: "Komandanın sərgüzəştli planı əvvəlcə ağlasığmaz səslənir və çoxları bunun mümkünsüz olduğunu söyləyirdi. Çünki kəmər hələ hazır deyildi, biz naməlum bir yol qət etməli idik. Lakin yeganə bir insan, Azərbaycanın dahi Prezidenti, müdrik siyasətçi Heydər Əliyev layihəni dəstəklədi və Xəzər dənizindən hasil edilmiş bir cəllək neftin mənə təqdim olunmasına göstəriş verdi. Məhz Heydər Əliyevin layihəyə inamı, eləcə də o dahi şəxsiyyətin bizə güclü dəstəyi nəticəsində artıq tarixə çevrilmiş "Neft Odisseyası"na start verildi".

Komandanın ikinci üzvü olmuş ABƏŞ-in vitse-prezidenti Even Patterson 2014-cü ilin sonunda dünyasını dəyişəndə T.Qolts moto-yürüşün aparıcı maşınını onun xatirəsinə ithaf etmişdi. Motosiklet SOCAR-ın və T.Qoltsun birgə səyi nəticəsində təmir edilib və bu günlərdə Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin muzey eksponatlarının saxlanması və bərpası mərkəzinə hədiyyə olunub. Motosiklet burada qiymətli bir eksponat kimi öz layiqli yerini tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti