Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
"LinkedIn" sosial şəbəkəsinin də artıq messenceri var. Bu barədə Trend "Recode"-a istinadən məlumat verir.
Hazırda funksiya sınaq mərhələsindədir. Hələlik messencerin istifadəçilərə mesaj göndərməkdən başqa xüsusi özəlliyi yoxdur.
Əvvəl LinkedIn-də "InMail" xidməti vasitəsilə yazışmaq olurdu ki, bu da daha çox elektron poçtu xatırladırdı.