...

Təyyarələrdə smartfon və noutbuklarla bağlı yeni qadağa

Maraqlı Materials 23 Fevral 2016 11:50 (UTC +04:00)
Noutbuk, smartfon və fotokameralarda istifadə olunan akkumulyatorları bundan sonra təyyarələrə buraxmayacaqlar.
Təyyarələrdə smartfon və noutbuklarla bağlı yeni qadağa

Bakı. Elçin Hüseynov - Trend:

Noutbuk, smartfon və fotokameralarda istifadə olunan akkumulyatorları bundan sonra təyyarələrə buraxmayacaqlar. Trend Reuters-ə istinadən xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qərarına əsasən, qadağa 2016-cı il aprelin 1-dən qüvvəyə minir.

Yeni qaydalara əsasən, İCAO-ya üzv ölkələrin sərnişin təyyarələrinə litiy-ion akkumulyatorlar buraxılmamalıdır. Bu qadağa oda qarşı möhkəm qablaşdırma paketinin icad edilməyəcəyinə kimi qüvvədə qalacaq.

Qadağa fotokamera, smartfon və diqər elektronik cihazlarda istifadə olunan standart akkumulyatorlara şamil olunacaq. Qadağa bu cür batareyaların oda qarşı dözümlü olmamasından irəli gəlir.

Qeyd edək ki, Azərbaycan 1992-cı ildən Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti