...

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək idmançıların podium məşqləri (FOTO)

Maraqlı Materials 4 Mart 2016 17:01 (UTC +04:00)
Bu gün martın 4-də Bakıdakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edən idmançıların podium məşqləri start götürüb.
Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək idmançıların podium məşqləri (FOTO)

Bakı. Trend:

Bu gün martın 4-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək idmançıların podium məşqləri start götürüb.

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Trend məşqdən fotoreportajı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti