...

Yaponiya tədqiqatçıları mini-qaraciyər yaratdı

Maraqlı Materials 17 Mart 2016 11:47 (UTC +04:00)
Yaponiyanın Yokohama Universitetinin tədqiqatçıları bir neçə millimetr ölçüsü olan və insan qaraciyərinin funksiyalarını təkrarlayan mini-qaraciyər yaradıblar.
Yaponiya tədqiqatçıları mini-qaraciyər yaratdı

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiyanın Yokohama Universitetinin tədqiqatçıları bir neçə millimetr ölçüsü olan və insan qaraciyərinin funksiyalarını həyata keçirən mini-qaraciyər yaradıblar. Bu barədə Trend Yaponiyanın "NHK" telekanalına istinadən xəbər verir.

Alimlər kəşflərini inkişaf zamanı müxtəlif daxili orqanlara şəklini dəyişmə qabiliyyətində olan gövdə hüceyrələri vasitəsi ilə yaradıblar.

Tədqiqat qrupunun rəhbəri professor Hideki Taniguti deyib ki, yetişdirilən mini-qaraciyər zərərli maddələrin insanın təbii qaraciyəri ilə eyni qaydada effektiv emal etmə (süzmə) qabilliyətinə malikdir. Mini-qaraciyər həmçinin, qana lazım olan zülalı müvəffəqiyyətlə istehsal edir.

Alimlər ixtiralarının 2019-cı ildə kliniki tədqiqatlarına başlamaq fikrindədirlər. Planlara əsasən, yetişdirilən mini-orqanlar qaraciyər xəstəliklərindən ağır formada əziyyət çəkən pasientlərə köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti