...

Yanğınsöndürən maşında arıqlamağa apardılar (FOTO)

Maraqlı Materials 21 Mart 2016 18:21 (UTC +04:00)
Kolumbiyanın ən kök insanı olan Oskar Vaskes Moralesi klinikaya çəkisini azaltmaq üçün yanğınsöndürən maşında aparıblar.
Yanğınsöndürən maşında arıqlamağa apardılar (FOTO)

Bakı. Trend:

Kolumbiyanın ən kök insanı olan Oskar Vaskes Moralesi klinikaya çəkisini azaltmaq üçün yanğınsöndürən maşında aparıblar.

Trend-in Lenta.ru saytına istinadən verdiyi məlumata görə, 20 kişi Palmir şəhərinin 400 kiloqramlıq sakinini maşına mindirib.

44 yaşlı kolumbiyalıya təcili tibbi yardım lazım olub, lakin o, evdən sərbəst çıxa bilməyib. O.V.Morales klinikaya çatdırıldıqdan sonra həkimlər onun həddən artıq piylənməyə görə pisləşmiş səhhətini normallaşdıra biliblər.

O, 4 il ərzində mütəxəssislərin köməyi ilə 300 kiloqram arıqlayacağına ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti