...

Yeni telefon batareyaları

Maraqlı Materials 5 Aprel 2016 06:41 (UTC +04:00)
Yaponiyanın "Kaneka" korporasiyası "Ayti" Texniki Universiteti ilə birgə yeni litium-ion batareyası hazırlayıb.
Yeni telefon batareyaları

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiyanın "Kaneka" korporasiyası "Ayti" Texniki Universiteti ilə birgə yeni litium-ion batareyası hazırlayıb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu batareyaların enerji ilə doldurulma sürəti 100 dəfə daha tezdir.

Tədqiqatçıların fikrincə, bu batareyalar hibrid avtomobillərinin mühərrikləri və elektomobillər, müxtəlif elektron qurğu, o cümlədən, qacet və smartfonlarda istifadə ediləcək. Batareyaların doldurulma müddətinin sürəti qurğuların, nəqliyyat vasitələrinin və texniki mexanizmlərin ölçülərindən asılı olacaq. Mobil telefonlarda quraşdırılsa, batareyalar 10 dəfə daha tez doldurulacaq, yəni 10 dəqiqə kifayət edəcək.

Alimlər bildirirlər ki, belə batareyalar 5 min dəfə doldurulduqdan sonra köhnəlmir, doldurulma sürəti isə azalmır.

"Kaneka"nın hesablamalarına əsasən, batareyanın kütləvi istehsalına və bazarda tətbiqinə 5 il ərzində başlamaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti