...

72 yaşlı qadın ana oldu

Maraqlı Materials 10 May 2016 20:25 (UTC +04:00)
72 yaşlı hindistanlı Daljinder Kaur ilk uşağını dünyaya gətirib.
72 yaşlı qadın ana oldu

Bakı. Elçin Hüseynov - Trend:

72 yaşlı hindistanlı Daljinder Kaur ilk uşağını dünyaya gətirib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, D.Kaur ixtisaslaşmış klinikada iki il sonsuzluğa görə müalicə kursu keçib.

Armaan adı verilmiş körpənin atasının 79 yaşı var. 46 il ailə həyatı yaşamış cütlük sonda EKO (ekstrakorporal mayalanma) prosedurundan keçməyə razılıq verib.

Həkimlərin məlumatına əsasən, körpənin çəkisi 2 kq-dır, özü isə sağlamdır.

Xatırladaq ki, 2008-ci ildə Hindistanın Uttar-Pradeş ştatında 72 yaşlı qadın əkiz dünyaya gətirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti