...

Yaponiyada pilotsuz avtobusun test sınaqları keçirilir (FOTO)

Maraqlı Materials 2 Avqust 2016 16:47 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiyanın Tiba prefekturasında pilotsuz avtobusun ilk test sınaqları keçirilir. Bu barədə Trend Yaponiyanın "Yomiuri" qazetinə istinadən xəbər verir.

Avtobus xarici görünüşdən 4 çarxlı funikyulyor kabinasına bənzəyir. İçərisində 12 sərnişin (altı ayaqüstü yer) yerləşə biləcək avtobusun sürəti saatda 5-6 km. təşkil edir.

Hazırda testlər şəhərkənarı park ərazisində keçirilir. Avtobus 400 metrlik məsafəni iki dayanacaqla 5 dəqiqəyə gedir. Gediş haqqı 200 yen (1,9 dollar) təşkil edir. Pilotsuz avtobus ən çox uşaqlar tərəfindən rəğbət qazanıb. Onlar üçün gediş haqqı 50 % güzəştlədir.

Pilotsuz avtobusu istehsal edən şirkətin mütəxəssisləri hesab edirlər ki, yeni ixtiralarının kütləvi istehsalına 2020-ci ildə başlamaq olar.

Eyni zamanda qeyd edək ki, Yaponiya qanunları ölkə yollarında pilotsuz avtobusların istifadəsinə icazə vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti