...

Goranboylunun 80 yaşlı qeyri-adi avtomobili (VİDEO/ FOTO)

Maraqlı Materials 29 Mart 2017 12:35 (UTC +04:00)
Avtomobilini satın almaq istəyənlər olsa da heç kəsə satmır.
Goranboylunun 80 yaşlı qeyri-adi avtomobili (VİDEO/ FOTO)

Bakı. Trend:

Avtomobilini satın almaq istəyənlər olsa da heç kəsə satmır.

Müasir dövrümüzdə sürətli və kreativ avtomobillərin həvəskarı oduğu kimi köhnə maşınların da kolleksiyaçılarına rast gəlmək mümkündür.

Trend ARB 24-ə istinadən xəbər verir ki, onlardan biri Goranboy rayon Dəliməmmədli şəhər sakini Nahid Tanrıverdiyevdir.

1937-ci ildə istehsal olunan "BMW" markalı avtomobil hazırda onun həyətindədir. Fərqli görünüşə malik 80 yaşlı maşın hələ də saz vəziyyətdədir. Yollarda şütüyən zaman hər kəs ayaq saxlayıb maşını izləyir. Almaniyada istehsal edilən, daha çox bu ölkədə filmlərdə çəkilən "BMW-328" Goranboya 7 il əvvəl gətirilib. Rəngi ilə daha çox diqqət çəkən "BMW"nin qapıları da fərqli formada açılır. Bu avtomobilin 80 yaşı var, amma hələ də saz vəziyyətdədir. Avtomobilə yüksək məbləğdə pul verərək satın almaq istəyənlər də olub. Lakin sahibi maşının hədiyyə olduğunu, bu səbəbdən də heç kəsə satmayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti