...

Yüngül çəkili odadavamlı material yaradılıb

Maraqlı Materials 17 Avqust 2017 14:57 (UTC +04:00)
Yüngül çəkili odadavamlı material yaradılıb.
Yüngül çəkili odadavamlı material yaradılıb

Bakı. Trend:

Çin və Cənubi Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanmış yeni odadavamlı material sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq çox yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir.

Trend AMEA-nın saytına istinadən məlumat verir ki, materialın əsasını köpüklənmiş polimid polimer, həmçinin qrafen və qırmızı fosfor kompoziti təşkil edir. Polimid və fosfor yanar materiallar olsa da qrafenlə qatışdırıldıqda onların xüsusiyyəti dəyişir.

Yeni materialın sıxlığı təxminən 16 mq/sm3 təşkil edir ki, bu da havadan 16 dəfə daha ağırdır. Onun mexaniki xüsusiyyətləri kiçik polimer blokuna içərisi su ilə dolu 6 kq-lıq stəkanın təzyiqinə tab gətirməyə imkan verir. Bu xüsusiyyət materialı oksid silisium və ya qrafen əsaslı aerogellərlə eyniləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti