...

Çavuşoğlu rusiyalı turistləri Türkiyəyə rusca dəvət edib (VİDEO)

Maraqlı Materials 6 May 2018 20:08 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiylı turistlərə rusca müraciət edib.
Çavuşoğlu rusiyalı turistləri Türkiyəyə rusca dəvət edib (VİDEO)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı turistlərə rusca müraciət edib.

Trend-in məlumatına görə, bu nazirin CNN Türk telekanalı ilə müsahibəsi zamanı baş verib.

Müsahibənin yekunu olaraq jurnalist nazirdən əcnəbi dildə bir şey deməyini xahiş edib. Nəticədə Çavuşoğlu rusca danışıb.

Nazir deyib: “Alanya və Antalya mənim doğma evimdir. Ruslar üçün də onlar doğma şəhərlərə çevrilib. Biz Rusiyadan əziz qonaqları qəbul etməyə hazırıq. Türkiyə və Antalya gözəl ölkə və şəhərdir. Türk mətbəxi də çox dadlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti