...

Dünyanın ən gözəl 10 adası (FOTO)

Maraqlı Materials 17 Fevral 2019 21:00 (UTC +04:00)
Dünyanın ən gözəl adalarının reytinqi tərtib olunub.
Dünyanın ən gözəl 10 adası (FOTO)

Bakı. Trend:

Dünyanın ən gözəl adalarının reytinqi tərtib olunub.

Çimərlik istirahətinin həvəskarlarına dünyanın ən gözəl 10 adasını birləşdirən bu siyahıya diqqət yetirmək xüsusi marağa səbəb olacaq.

Bu adalardan birini ziyarət etmək qərarına gələn turistləri ən yaxşı çimərliklər, firuzəyi su, gözəl mənzərələr və ruhi sakitlik gözləyir.

Santorini, Yunanıstan

Bu ada özünün mavi qapılı və damlı ağ evləri ilə tanınır. Santorinidə həmçinin yatmış vulkanlar mövcuddur, buna görə də, qara qumlu çimərliklər burada nadir hal deyil.

Phi-Phi, Tayland

Taylandın Krabi vilayətində altı adadan ibarət Phi-Phi adlı kiçik bir arxipelaq var. Bu yeri Leonardo Di Kaprionun çəkildiyi “Çimərlik” (“The Beach”) kinosu məşhur edib.

Fici

Fici Respublikası Sakit okeanda yerləşən 300-dən çox adadan ibarətdir və hər bir ada özünəməxsusluğu ilə seçilir.

Mavrikiy

Mavrikiy Hind okeanının qiymətli daşı da adlandırılır. Ağappaq çimərliklər və firuzəyi su burada romantik ab-hava yaradır.

Bali, İndoneziya

Bali özünün çoxsaylı əyləncələri ilə seçilir: serfinqdən başlayaraq müxtəlif məbədlərin ziyarətinə kimi.

Maui, Havay, ABŞ

Havay adaları özünün qızılı çimərlikləri və bambuk meşələri ilə tanınır. Maui adasında həmçinin vulkan krateri də mövcuddur, ancaq turistlər bu adanı günəşli hava və təmiz suyuna görə fərqləndirir.

Yamayka

7 mil uzunluğunda çimərlik Yamaykanın ən görməli yerlərindən biridir.

Bora Bora, Fransa Polineziyası

Əsl gözəllik – şəffaf və firuzəyi suda müxtəlif balıqlar, tısbağalar və köpək balıqlarını görməkdir.

Maldiv adaları

Hind okeanının mərkəzində 1000-dən çox adadan ibarət zəncir yerləşib. Ağappaq çimərliklər və ideal iqlim Maldiv adalarına dünyanın ən valehedici yeri reputasiyasını qazandırıb.

Seyşellər

Seşyellər Hind okeanında yerləşən 115 adadan ibarətdir. Bir çox cütlüklər buranı evlənmə və yaxud ”bal ayı” üçün məkan kimi seçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti