...

Dünyada ilk dəmir-ion akkumulyatoru hazırlanıb

Maraqlı Materials 29 Avqust 2019 20:56 (UTC +04:00)
Mədrəs Hindistan Texnologiya İnstitutundan olan fiziklər qrupu dəmir xloratdan hazırlanmış elektrolitlər vasitəsilə cərəyan keçirən dünyada ilk dəmir-ion akkumulyatoru hazırlayıblar.
Dünyada ilk dəmir-ion akkumulyatoru hazırlanıb

Bakı. Trend:

Mədrəs Hindistan Texnologiya İnstitutundan olan fiziklər qrupu dəmir xloratdan hazırlanmış elektrolitlər vasitəsilə cərəyan keçirən dünyada ilk dəmir-ion akkumulyatoru hazırlayıblar.

Trend-in məlumatına görə, dəmir-ion akkumulyatorları klassik litium-ion batareyalarına bənzər şəkildə işlənib hazırlanıb.

Alimlər iddia edirlər ki, bu tip akkumulyatorlar nəzəri cəhətdən batareyaların istehsal dəyərini azaltmağa, həmçinin onların tutumunu artırmağa imkan verəcək. Sınaqlar zamanı tədqiqatçılar batareyanın sıxlığını yalnız 220 vt-saat/kq-dək çatdıra biliblər. Litium-ion batareyalarda bu göstərici 350 vt-saat/kq təşkil edir.

Bildirilir ki, dəmir litium-ion batareyalarda müşahidə olunan dendritlərin yaranmasına gətirib çıxartmır. Bu isə yeni tip akkumulyatorlarla işləyən qurğuların təhlükəsizliyini maksimum dərəcədə qorumağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti