Bakı.Trend:
Şahzadə Diananın uşaqlığını keçirdiyi Eltorp malikanəsi onun qohumu - aktyor Lui Spenserə miraz qalacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə,13 min akrdan (təxminən 50 kvadrat kilometr) çox ərazini əhatə edən malikanə, beş yüz ildən çox müddət ərzində Spenserlər sülaləsinin ata ocağı olub.
Bu baxımdan əsas vərəsə olaraq daşınmaz əmlakın şahzadə qraf Spenserin oğluna, yəni şahzadə Diananın qardaşı oğluna miras qalacağı bildirilir.
Lui Spenserin özündən böyük üç bacısı olsa da, qaydalara görə, daşınmaz əmlak ilkin övlada deyil, məhz ailənin böyük oğluna miras qalır.