...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yenidən yanğınlar başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yenidən yanğınlar başlayıb. Yanğınlar ötən gün axşam təxminən 22:00 radələrindən müşahidə olunub.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Ötən ildən başlayaraq qoşunların təmas xəttində güclü yanğınlar müşahidə olunur. Yanğınlar əsasən yay mövsümündə davam edir. Qoşun xəttində yanğınlarla bağlı ATƏT və BMT nümayəndələrindən ibarət qrup yanğınlar davam edən ərazilərdə monitorinq aparıb. Monitorinqin nəticələrinə dair hesabat hazırlanıb və BMT-yə üzv ölkələrə paylanıb.

İşğal olunmuş ərazilərə yaxın kənd sakinlərinin Trend in bölgə müxbirinə verdiyi məlumata görə, ermənilərin işğalı altında olan Yuxarı Əbdülrəhmanlı kənd ərazisində dağlıq və dağətəyi ərazilər yanıb.

Yanğınlar zamanı əsasən quru otlaq sahələri məhv edilib, bundan başqa fauna və flora sahəsinə ciddi ziyan dəyib. Belə ki, vəhşi heyvanlar və sürünənlər qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələrinə üz tutub. Yanğınlar səhər saatlarına qədər davam edib.

Xəbər lenti

Xəbər lenti