...

Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər və Füzuli istiqamətində atəşkəsi pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər və Füzuli rayonları istiqamətində atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 25-də gün ərzində fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 17.35-dən 18.00-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 26-da saat 01.20-dən 01.30-dək Füzuli rayonunun Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti