...

AŞ Nazirlər Komitəsinin sədri Azərbaycan ərazilərinin yandırılmasını pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2007 18:46 (UTC +04:00)
AŞ Nazirlər Komitəsinin sədri Azərbaycan ərazilərinin yandırılmasını pisləyib

Fransa,Strasburq / Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/Avropa Şurası Nazirlər Komitəsinin sədri Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin yandırılmasını və ermənilər tərəfindən cəbhə bölgəsində atəşkəsin tez-tez pozulmasını pisləyib. Bu barədə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Serbiyanin xarici işlər naziri Vuk Yeremiç cümə axşamı Strasburqda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayevanın yazılı sorğusuna cavab verərkən bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1988-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Paşayeva Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinin yandırılması və ermənilər tərəfindən cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulması ilə bağlı, Avropa Şurası Nazirlər Komitəsinin sədrinə yazılı sorğu ilə müraciət edib. Hər iki sorğuda ərazilərin yandırılmasının və atəşkəs rejiminin tez-tez pozulmasının qarşısını almaq üçün Avropa Şurası Nazirlər Komitəsinin hansı işlər görə biləcəyi soruşulurdu.

"Mən Paşayevanın iyul ayinda qondarma "Dağliq Qarabağ Respublikası"nda keciriliən "prezident seçkiləri" ilə bağlı sualına cavab verərəkən bu məsələyə münasibət bildirmişəm. Bu cür hallar münaqişənin həlli üçün aparılan danışıqlar posesinə mənfi  təsir edir və bu hərəkətləri pisləyirk", -deyə Nazirlər Komitəsinin sədri əlavə edib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz bölgəsinin inkişafını əngəlləyir. Yeremiç bildirib ki, Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin dinc, ədalətli və dayanıqlı yolla həllinin tərəfdarıdır.

Serbiyalı nazir, həmcinin, tərəfləri  gücdən istifadə etməməyə çağırıb. "Gücdən istifadə etmək ancaq əks səmərə verə bilər"- deyə o, bildirib.  Yeremiç xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupu ilə paralel işlərin aparılması danışıqlar prosesinə mənfi təsir edə bilər: "Avropa Şurası tərəflər arasında etimad mühitinin yaranmasında, münaqişənin həllində tərəflərə öz töhfəsini verə bilər".

Xəbər lenti

Xəbər lenti