...

ATƏT hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çətinləşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2007 12:37 (UTC +04:00)
ATƏT hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi  çətinləşəcək

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ İki Cənubi Qafqaz ölkəsi arasında münaqişənin həll oluması üzrə vasitəçi olan ATƏT-də hesab edirlər ki, Ermənistan və Azərbaycan hökumətləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sülhün əldə olunmasına təhlükə yaradacaq vasitələrdən istifadə etməməlidir.

ATƏT-in məlumatında bildirilir ki, bu bəyanat ATƏT-in fəaliyyətdə olan sədri Miqel Anhel Moratinos ilə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri (Rusiya, Fransa, ABŞ) ilə Madriddə görüş zamanı verilib.

Görüş zamanı qeyd olunub ki, münaqişənin nizamlanması prosesi 2008-ci ildə Ermənistanda və Azərbaycanda prezident seçkilərinin keçirilməsi səbəbindən çətinləşir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti