...

"Azərbaycan ərazi bütövlüyünün bərpa olunması istiqamətində digər yollardan istifadə edəcək" - müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2007 13:24 (UTC +04:00)
"Azərbaycan ərazi bütövlüyünün bərpa olunması istiqamətində digər yollardan istifadə edəcək" - müdafiə naziri

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları ilə həlli konkret nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünün bərpa olunması istiqamətində digər yollardan da istifadə edəcək, bu bəyanatla müdafiə naziri general-polkovnik Səfər Əbiyev cümə axşamı Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Karolin Braunu qəbul edərkən çıxış edib. Nazirin sözlərinə görə, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması uzun sürə bilməz.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın 20 faiz torpağını işğal edib. İşğal nəticəsində Dağlıq Qarabağ və 7 ətraf rayon nəzarətsiz zonaya çevrilib.1994-cü il may ayında Azərbaycanla Ermənistan arasında atəşkəsə dair saziş imzalanıb. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb. 1994-cü ildən fəaliyyət göstərən Minsk qrupu münaqişənin həlli istiqamətində Ermənistanı konstruktiv mövqe ilə razılaşdıra bilməyib. Minsk qrupunda Fransa, ABŞ və Rusiya həmsədrləri təmsil olunur.

Nazir deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti