...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2007 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 23-də saat 09.30-dan 09.35-dək Ermənistan Respublikası Berd rayonunun Ayqeovit kəndində yerləşən mövqelərindən Qazax rayonunun Balacəfərli kəndini, saat 8.50-dən 09.35-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.20-dən dekabrın 24-ü saat 01.50-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 23.00-dan dekabrın 24-ü saat 02.40-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Şurabad və Mərzili kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti