...

Azərbaycan "dondurulmuş münaqişələr"-in AŞPA-da müzakirəsinin lehinədir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Dekabr 2007 17:56 (UTC +04:00)
Azərbaycan "dondurulmuş münaqişələr"-in AŞPA-da müzakirəsinin lehinədir - səfir

Azərbaycan, Bakı/ Trend , E.Hüseynov/ Azərbaycan Avropa Şurası Parlament Assambleyası çərçivəsində, MDB məkanında "dondurulmuş münaqişələr" üzrə alt komitənin yaradılmasının lehinə çıxış edir. "Biz Dağlıq Qarabağ münaqişəsinin digər "dondurulmuş münaqişələr"-dən ayırmadan, AŞPA çərçivəsində müzakirəsinin lehinə çıxış edirik -Azərbaycanın AŞPA-dakı nümayəndəsi Arif Məmmədov Trend -ə bildirib. AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Andres Xerkel ötən həftə, AŞPA-da "dondurulmuş münaqişələr" üzrə alt komitənin yaradılması və ya bu mövzu üzrə ictimai dinləmələrin keçirilməsi təklifi ilə çıxış edib. O bildirib ki, Azərbaycanda, Gürcüstanda, Moldovadakı "dondurulmuş münaqişələr"-in həlli vacib əhəmiyyət daşıyır və Avropa Şurası bu məsələlərlə ciddi məşğul olmalıdır. Məsələnin AŞPA-nın yanvar sessiyasında müzakirə olunacağı gözlənilir. Çərşənbə axşamı səfir Strasburqdan telefonla, bu münaqişələrə bir istiqamətdə baxılmasının yaxşı olacağını bildirib. Onun sözlərinə görə, alt komitənin yaradılması təklifi ilk dəfə noyabrda, Berlində dondurulmuş münaqişələr üzrə xüsusi müzakirələrdə səslənib və Azərbaycan tərəfi təklifi dəstəkləyib. Səfirin sözlərinə görə, Azərbaycan AŞPA-nın Monitorinq Komitəsi çərçivəsində, Dağlıq-Qarabağ problemi üzrə alt komitənin fəaliyyət göstərməsinə baxmayaraq, alt komitənin yaradılması fikrini dəstəkləmək niyyətindədir. Bu format 2005-ci ilin yazında, təşkilatın Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə Qətnaməsinin yerinə yetirilməsinə nəzarət edən orqan kimi yaradılıb. İki Cənubi Qafqazölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. Bununla yanaşı, AŞPA-nın alt komitəsinin erməni və azərbaycanlı deputatların Strasburqda görüşünü təşkil etmək təşəbbüsü, alt komitə üzvlərinin Dağlıq Qarabağ münaqişəsi regionuna səfəri fikri nəticəsizdir.

Xəbər lenti

Xəbər lenti