...

Cənubi Qafqazdakı ağılsızlar bir çox ziyan törədə bilər- ABŞ-ın Dövlət Katibinin köməkçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2007 14:06 (UTC +04:00)
Cənubi Qafqazdakı ağılsızlar bir çox ziyan törədə bilər- ABŞ-ın Dövlət Katibinin köməkçisi

ABŞ Dövlət Katibinin köməkçisi Daniel Frid bəyan edib ki, Vaşinqton Kosovonun digər münaqişələrin həllinə presedent ola bilməyəcəyinə təkid edəcək. "Mediamaks" agentliyinin məlumatına görə, amerikalı diplomat bu barədə Sloveniya jurnalistləri ilə dəyirmi masa zamanı bildirib.

"Hər şeydən əvvəl Kosovo məsələsi ona görə unikaldır ki, BMT dünyanın buradan başqa heç bir yerində Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq ərazini idarə etmir. Dünyanın heç bir yerində belə hal yoxdur və məlumdur ki, bu hal presendent deyil" - deyə Daniel Frid bildirib.

"Biz hesab edirik ki, Kosovo, nə Cənubi Osetiya, nə Abxaziya, nə Dnestryanı, nə də ki, Texas üçün presedent ola bilməz. Biz bu məsələdə təkid edəcəyik. Biz avropalı dostlarımızla birgə işləmək istəyirik ki, bundan presedent kimi istifadə olunmasın və biz ümid edirik ki, Rusiya elə edəcək ki, Kosovo presedentə çevrilməsin. Əgər onların bunun sabitliyin pozulmasına səbəb olacağından qorxurlarsa, bu halda onlar bir tərəfən narahat olmaq, digər tərəfdən separatçılarla əməkdaşlıq etməkdənsə bizimlə birgə işləməlidirlər" - deyə ABŞ Dövlət Katbinin köməkçisi qeyd edib.

Daniel Frid qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda sabitlik barədə fikirləşmək üçün əsası var. "Təbii ki, biz Rusiya ilə ümumi gündəlik üzərində işləmək istəyirik, lakin Rusiyanın arabir bir sıra separatçı anklavları dəstəkləməsi bizi təəccübləndirir" - deyə diplomat bildirib.

"Biz Rusiyadakı serparatçılarla heç vaxt əməkdaşlıq etməzdik, bu tamamilə istisna olunur. Əgər Rusiyadakı hər-hansı separatçı qrup Kosovoya əsaslanaraq öz tələbləri ilə çıxış edərsə, biz buna qəti olaraq etiraz edəcəyik. Biz Rusiyanın ərazi bütövluyünü sözsüz olaraq dəstəkləyirik və onun Gürcüstan və Moldovaya da eyni münasibətlə yanaşcağını gözləyirik" - deyə Frid qeyd edib.

"Hər bir ölkədə ağılsızlar var, Cənubi Qafqazdakı ağılsızlar da bir çox ziyan törədə bilər. Müvafiq orqanlar bu ağılsızların bizi pis vəziyyətə qoymamaları üçün bizimlə birgə işləməlidirlər. Biz bu məqsədlə Rusiya ilə işləmək istəyirik" - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti