Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri son iki gündə üç istiqamətdə atəşkəsi pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend ə bildiriblər ki, erməni ordusu yanvarın 2-də axşam saat 18.15-dən 18.50-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 22.15-dən 22.25-dək və yanvarın 3-də saat 03.30-dan 03.35-dək Ağdam rayonunun Jəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Milli Ordusunun mövqelərini atəşə tutub. Ermənistan ordusu, həmçinin bu gün gecə saat 01.10-dan 01.12-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.