...

Azərbaycan prezidenti Ermənistanın boşaltmalı olduğu rayonların adını açıqladı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2008 12:49 (UTC +04:00)
Azərbaycan prezidenti Ermənistanın boşaltmalı olduğu rayonların adını açıqladı

Azərbaycan, Bakı, 12 yanvar / / Trend / Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan Azərbaycanın işğal etdiyi Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Laçın rayonlarını azad etməlidir. Dövlət başcısı bildirib ki, məcburi köçkünlər Şuşa və Dağlıq Qarabağa qayıtmalıdırlar.

"Bu rayonların adlarını xüsusilə çıkdim ki, gələcəkdə Ermənistan şəxsi siyasi məqsədləri üçün uydurma bəyanatlar yaymasın", - Bakıda hökumət müşavirəsində çıxış edən Əliyev bildirib.

Dövlət başcısının sözlərinə görə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqların mahiyyətidir. Danışıqların bu istiqamətdə gedişi Azərbaycana ümid verir.

Əliyev bildirib ki, bu il münaqişə həll olunacaq.

"2008-ci ildə məsələnin sülh yolu ilə həll olunmasına baxacağıq. Bundan sonra qərar qəbul edə -

cəyik", - Əliyev bəyan edib.

Beynəlxalq təşkilatların münaqişə mövqelərinə fikir bildirən Əliyev, qeyd edib ki, "şifahi və yazılı beynəlxalq dəstək məsələləri həll etmir". Prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və torpaqların Ermənistan tərəfindən işğal olunmasının beynəlxalq səviyyədə təsdiq edilməsi. münaqişənin danışıqlar çərçivəsində və hadisələrdən kənarda həlli üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti