...

"DQR"in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına cəlb edilməsi məsələnin həllinə kömək etməyəcək – Aİ-nin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2008 14:19 (UTC +04:00)
"DQR"in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına cəlb edilməsi məsələnin həllinə kömək etməyəcək – Aİ-nin sədri

"DQR"in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına cəlb edilməsi məsələnin həllinə kömək etməyəcək. "Novosti-Armeniya"nın məlumatına görə, bu sözlərlə Avorpa İttifaqının sədri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel çərşənbə günü mətbuat konfransında çıxış edib. "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üzrə danışıqlara daha bir tərəfin cəlb edilməsinin məsələnin həllinə kömək edəcəyini düşünmürəm. ATƏT-in Minsk qrupunun mövcud formatı çərçivəsində həmsədrlərin iştirakı ilə Ermənistan və Azərbaycanın prezident və xarici işlər nazirlərinin münaqişənin həlli yollarının axtarılması üzrə fəal danışıqları keçirilir" - o bildirib.

Rupelin rəyinə görə, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım göstərir, bundan əlavə, digər beynəxalq təşkilatlar çərçivəsində danışıqlar aparılır, lazımi tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti