...

Beyləqan rayonunda Qarabağlı kəndinin işğalının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bərdə, 17 fevral / Trend müxbir Ş.Cəliloğlu/ 1992-ci ildə fevralın 15-16-a keçən gecə erməni hərbi birləşmələri Xankəndidə yerləşən 366-cı alayın köməyi ilə Xocavənd rayonunun Qarabağlı kəndinə beş istiqamətdən hücum edərək onu müasirəyə alıb. Ağır zirehli texnikadan istifadə edən ermənilərin başlıca məqsədi azərbaycanlılarla Xankəndi arasında yeganə gediş-gəliş olan əlaqəni kəsmək idi. İki gün müqavimət göstərən kənd sakinləri sonradan hərbi-silah sursatın tükənməsi nəticəsində erməni qəsbkarlarına təslim olmaq məcburiyyətində qalıblar.

Qarabağlı kəndi işğal edən ermənilər onlarla adamı vəhşicəsinə qətlə yetiriblər, sağ qalanları isə hərbi maşınlarda Xankəndi istiqaməində aparıblar. Kəndə edilən hücum nəticəsində doqquz nəfər əsir, 6 nəfər itkin düşüb, 90 nəfər isə şəhid olub.

Bu gün Qarabağlı kəndinin işğalının 16-cı ildönümü ilə əlaqədar Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində anım mərasimi keçirilib. Mərasim iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Tədbirdə iştirak "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin nümayəndələri BMT-nin Azərbaycandakı nümayəndəliyinə, ATƏT-in Bakı ofisinə və xarici ölkəlrin səfirliklərinə Qarabağlı faciəsi ilə bağlı müraciət ünvanlayıblar.

Xəbər lenti

Xəbər lenti