...

Tomas Qolç: "Erməni yazıçısının Xocalı haqqında kitabı məni sarsıtdı"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2008 08:38 (UTC +04:00)
Tomas Qolç: "Erməni yazıçısının Xocalı haqqında kitabı məni sarsıtdı"

Böyük Britaniya, London, 26 fevral / müxbir Trend G.Əhmədova / "Kaliforniyalı erməninin öz qardaşının Xocalıda etdikləri barədə kitab məni sarsıtdı". Bu barədə Londonda, Xocalı faciəsinin 16-cı ildönümünə həsr edilmiş tədbirdə Kavkaz üzrə mütəxəsis, tanınmış amerikalı jurnalist Tomas Qolç deyib.

"Mən bu kitabı erməni İnternet saytından sifariş etmişdim. Onu alıb, bir ay ona yaxın dura bilmədim. Lakin sonra oxudum. "Mənim qardaşımın yolu" amerikalı erməninin kitabı məni sarsıtdı. Kitabın müəllifi Markar Melkonyan, Xocalı soyqırımını koordinasiya edən, qardaşı Montenin "qəhramanlığı" barədə danışır. Saysız hesabsız günahsız insanları öldürüb və "Asala" təşkilatının üzvü kimi türk diplomatlarına qarşı teror aktları törədən insan kitabda qəhraman statusuna çatdırılıb və onunla fəxr edilir", - deyə Qolç bildirdi.

ABŞ-nın Montana Universitetinin professoru, jurnalist Tomas Qolç Azərbaycan Respublikasının müstəqilliyinin birinci illərindən bəhs edən "Azərbaycan gündəliyi" kitabının müəllifidir. Bundan sonra o "Çeçen gündəliyi" və "Gürcü gündəliyi" kitablarını da yazdı.

"Mən heç zaman şübhə etməmişəm ki, Xocalıda dəhşətli qırğın olub. Qəddarlığın səviyyəsi bu hadisələrdə çox pisdir və qorxu yaradır. Lakin bir şeyi deyə bilərəm ki, mən ümüdvaram ki, Qarabağ münaqişəsi ətrafında olan hadisələr tezliklə qurtaracaq", - deyə Böyük Britaniyanın Lordlar palatasının üzvü, baronessa O'Kaxeyn bildirib.

Baronessanın sözlərinə görə, Azərbaycan dünyada Dağlıq Qarabağ həqiqətlərini yaymaq üçün çox sayda həyacanlandıran və riqqət doğuran prezentasiyalar keçirməlidir.

Tədbirdə, Heydər Əliyev Fondunun dəstəyi nəticəsində birinci dəfə ingilis dilində Xocalı faciəsinə dair 12 dəqiqəlik sənədli film nümayiş etdirilmişdir. Fond tərəfindən Xocalı hadisələrinə həsr edilmiş uşaqların və gənclərin rəsm əsərlərinin sərgisi təşkil olunmuşdur.

Azərbaycan səfirliyinin Londonda İmperiolist müharibəsi Muzeyində (Imperial War Museum) təşkil etdiyi tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Böyük Britaniyanın Lordlar palatasının nümayəndələri, o cümlədən baronessa O'Kaxeyn, Kavkaz üzrə mütəxəsis, tanınmış amerikalı mütəxəsis Tomas Qolç, DAK sədri professor Q.S.Təbrizi, türk diasporunun nümayəndələri, Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr də iştrak etdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliam törədildi, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edildi, dinc əhaliyə vəhşicəsinə divan tutuldu. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törədiblər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir vardı. Qətliamda 613 nəfər Xocalı sakini amansızcasına öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl yaşda insanlar olub. Erməni vəhşiləri 8 ailəni tamamilə məhv edib, 487 nəfəri şikəst edib, Xocalı şəhərinin 1275 sakini - qocalar, uşaqlar və qadınları girov götürüb, bu insanlara ağlasığmaz işgəncələr veriblər. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.

Xəbər lenti

Xəbər lenti