...

ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəişdirilməsi özünü doğrultmayacaq – Milli Məclisin deputatı Mubariz Qurbanlı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2008 02:58 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəişdirilməsi özünü doğrultmayacaq – Milli Məclisin deputatı Mubariz Qurbanlı

Azərbaycan, Bakı, 29 mart / Trend / Dağlıq-qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədirlərinin dəişdirilməsi özünü doğrultamayacaq. Trend un İTV telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə hakim "Yeni Azərbaycan" partiyasının (YAP) icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

Onun fikirincə, ATƏT-in Minsk qrupunda üç ölkə var - Fransa, Rusiya və ABŞ. Bu üç ölkə həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və eyni zamanda "böyük səkkizlikdən" üçüdür. Bu dövlətlər dünya siyasətində söz sahibinə malik olan ölkələrdir. Bunları kiminən əvəz etmək mümkündür? Vasitəçi güclü olmalıdır. Güclü vasitəçilikdə iştrak edib bizim üçün bir gün ağlaya bilməyən, zəif nə edə biləcək. Ona görə də, bu güclülərdən istifadə edib, nəyəsə nail olmaq imkanımız daha da çoxdur. Zəif olan və söz sahibi olmayan bir ölkənin formal olaraq ATƏT-in Minsk qrupunda olması məqsədə uyğun deyil. Bu çərçivədə davam edib, Azərbaycanın daha da güclənməsinə nail olub, kim güclüdür, o da haqlıdır prinsipinə arxalanıb məsələni həll etmək olar.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Azərbaycan ATƏTə dağlıq-qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədirlərinin dəişdirilməsi və ya əvəz edilməsi barədə ərizə ilə müraciət etmişdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti