Keçmiş rusiyalı vasitəçi Vladimir Kazimirov çərşənbə axşamı Yerevanda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda Ermənistan hərbçilərinin işğal olunmuş ərazilərdən mərhələli şəkildə çıxarılması imkanları nəzərdən keçirilir.
"Mediamaks" agentliyinin verdiyi xəbərə görə, bu gün Yerevanda keçirilən mətbuat konfransında çıxış edən rusiyalı diplomat deyib ki,1994-cü ildə tərəflər arasında sülh müqaviləsinin imzalanmasından sonra nizamlanma prosesində real irəliləyişlər qeydə alınmayıb.
Kazimirovun sözlərinə görə, "Bu gün bir nömrəli vəzifə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi və ya işğal olunmuş ərazilərin qaytarılması deyil, qoşunların təmas xəttində davamlı sülh yaratmaqdan ibarədir". Keçmiş rusiyalı vasitəçi qeyd edib ki, münaqişənin nizamlanmasının açarı hərbi əməliyyatların bərpasına yol verməməkdədir.
Kazimirov bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün referendum və ya plebistin keçirilməsini 10-15 ilə təxirə salmaq lazım deyil. "Düşünürəm ki, 5 il - kifayət edər", -deyə obildrib.