...

Ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində vəziyyət nəzarətdən çıxa bilər - müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2008 15:25 (UTC +04:00)
Ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində vəziyyət nəzarətdən çıxa bilər - müdafiə naziri

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir E.Hüseynli / Azərbaycanın müdafiə naziri bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən heç bir şərt irəli sürmədən tez bir zamanda çıxmalıdır. "Ermənilər işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməzsə, vəziyyət nəzarətdən çıxa bilər", çərşənbə axşamı Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edərkən bildirib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda mövcud olan hərbi-siyasi vəziyyət müzakirə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti