...

Tarixçilərin vəzifəsi – həqiqəti aşkar etmək, azərbaycanlıların və türklərin vəzifəsi isə onu dünya ictimaiyyətinə çatdırmaqdır – amerikalı ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2008 13:53 (UTC +04:00)
Tarixçilərin vəzifəsi – həqiqəti aşkar etmək, azərbaycanlıların və türklərin vəzifəsi isə onu dünya ictimaiyyətinə çatdırmaqdır – amerikalı ekspert

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir M. Əliyev/ Amerikalı tarixçi Custin MakKarsi hesab edir ki, Osmanlı imperiyası tərəfindən soyqırımın törədilməsi mövzusu ilə bağlı saxta erməni təbliğatının inkişafı siyasi maraqlar kəsb edir.

"Onlar siyasətdə qalib gəlmək istəyir və buna görə də tarixdən istifadə edirlər", - deyə cümə günü Bakıda jurnalistlərə amerikalı ekspert bildirib.

"Digər tərəfdən, bütün tarix boyu ermənilərin türklərlə pis və gərgin münasibətləri olub. Ermənilərin uzun illər ərzində yaradılan olduqca güclü diasporları var və bu, öz rolunu oynayır. Bu vəziyyəti dəyişmək çox çətindir", - deyə MakKarsi bildirib.

O qeyd edib ki, tarixçilərin vəzifəsi "həqiqəti aşkar etmək, azərbaycanlıların və türklərin vəzifəsi isə bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır".

Dağlıq Qarabağla bağlı məsələyə toxunan MakKarsi bildirib ki, "əgər ermənilər Dağlıq Qarabağın bir hissəsinin Ermənistana keçməli olduğunu hesab edirlərsə, o zaman Ermənistan ərazilərinin böyük hissəsinin Azərbaycanın tarixi torpaqları olduğunu nəzərə almaq və onları mütləq qaytarmaq lazımdır".

MakKarsi türk və erməni problemlərinə həsr olunmuş 11 kitabın müəllifidir. Onun əsərləri ərəb, türk, rus və digər dillərə tərcümə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti