...

Azərbaycan Milli Ordusunun əsgəri həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2008 12:33 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun əsgəri həlak olub

Azərbaycan, Lənkəran, 12 avqust/ Trend , müxbir P.Əliyeva/ Azərbaycan ordusunun 19 yaşlı əsgəri Şəhriyar Balışev Qazax istiqamətində erməni snayperinin açdığı atəş nəticəsində həlak olub. Həlak olan əsgərin meyiti  doğulduğu Cəlilabad rayonunun Alar kəndinə çatdırılıb və dəfn olunub.

Balışev hərbi xidmətə Cəlilabad Hərbi Komissarlığı tərəfindən çağırılmışdı. Onun hərbi xidməti başa çatdırmasına üç ay qalmışdı.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı nə təsdiq, nə də təkzib edib.

Xəbər lenti

Xəbər lenti