...

Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu -Yorkda keçirilmiş görüşünün nəticələrini təhlil edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2008 13:23 (UTC +04:00)
Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu -Yorkda keçirilmiş görüşünün nəticələrini təhlil edir

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında Nyu -Yorkda keçirilən danışıqların nəticələrini təhlil edir. "Yaxın vaxtlarda məlum olacaq ki, danışıqlar hansı formada və səviyyədə davam etdirilə bilər", - bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991 - ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 - 1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonunucu görüşü BMT Baş Assambleyasının Nyu - Yorkda keçirilən iclası çərçivəsində baş tutub. Görüş Türkiyə xarici işlər naziri Əli Babacanın vasitəçiliyi ilə keçirilib.

"Azərbaycanda prezident seçkisi kampaniyası dövrüdür və seçkiyə az vaxt qalıb. Bu da növbəti görüşün keçirilməsinə təsir edə bilər", - deyə nazir müavini əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti