...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2008 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 8-də saat 20.25-dən 21.00-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Qoşa kəndləri ərazisində yerləşən mövqelərini, saat 11.30-dan 11.55-dək, 18.10-dan 18.30-dək, 22.35-dən 23.00-dək və oktyabrın 9-da saat 03.30-dan 04.10-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.02-dən 18.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 9-da saat 00.20-dən 00.40-dək Ağdam rayonunun Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.50-dən 02.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.00-dan 03.30-dək və 06.40-dan 06.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.30-dan 06.50-dək Cəbrayıl rayonunun Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti