...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın rolunun fəallaşması Moskvanın regional maraqları ilə bağlıdır – səfir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2008 13:40 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın rolunun fəallaşması Moskvanın regional maraqları ilə bağlıdır – səfir (video)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir R.Novruzov/ Dağlıq Qarabağın nizamlanması məsələsində Rusiyanın rolunun fəallaşması Moskvanın regional maraqları ilə bağlıdır. Bu barədə cümə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib.

Səfir deyib ki, Moskva Rusiya Federasiyası prezidenti Dmitri Medvedyevin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada görüşünün keçirilməsinə dair dəvətinə rəsmi Bakıdan cavab gözləyir.

Yerevanda səfərdə olan Medvedyev bildirib ki, yaxın vaxtlarda Rusiyada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilə bilər. Medvedyev söyləyib ki, bu danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

"Yaxın vaxtlarda üç prezidentin görüşü olmalıdır. Bu görüş Rusiyada keçiriləcək", - deyə Rusiya prezidenti bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altından çıxıb. 1992-93-cüillərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. Atəşkəs rejiminin mühafizə olunması üçün ATƏT qoşunların təmas xəttində monitorinq aparır.

"Azərbaycan prezidenti görüşlə bağlı razılığını hələ bildirməyib", - deyə səfir qeyd edib.

Diplomatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin nizamlanması üzrə xeyli plan hazırlanıb, lakin bu planlar hər iki tərəfi qane etmədiyinə görə, sonadək qəbul edilməyib. "Formatlar arasında rəqabətin olması barədə isə danışmağa gərək yoxdur, onlar bir-birlərinə kömək etməlidirlər", - deyə İstratov bildirib.

Diplomat hazırda Qafqazda vəziyyətin mürəkkəb olduğunu təəsüflə etiraf edib. "Bu, çıxış yolları axtarmaq və razılığa gəlmək üçün daha bir vacib amildir", - deyə səfir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvaı - trend

Xəbər lenti

Xəbər lenti