...

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü dekabrın əvvəlində keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2008 15:47 (UTC +04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 4 - 5 - də Helsinkidə keçiriləcək iclasından əvvəl keçiriləcək. Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib.

O qeyd edib ki, həmsədrlər yüksək səviyyədə iş və görüşləri intensivləşdirmək niyyətindədirlər.

"Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı hələ dəqiqləşdirilməsə də, birmənalı şəkildə demək olar ki , görüş olacaq. Prosesin ləngiməsinə təsir edən arzuolunmaz məqamlar da ola bilər", - deyə həmsədr bazar ertəsi Yerevanda keçirilən mətbuat konfransında bildirib.

Novosti -Armeniya xəbər verir ki, onun sözlərinə görə, bu kimi təsirləri nəzərə almamaq olmaz, çünki o, diqqəti yayındırır və həmsədrlər belə təsirlərdən qaçmağa çalışırlar.

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin son görüşü İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyanın noyabrın əvvəlində Moskvada keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti