...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2008 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 24-də saat 15.20-dən 15.25-dək Qazax rayonunun Bağanes Ayrım kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 18.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 21.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Seyidəhəmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 23.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dən 23.44-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 25-də saat 04.35-dən 05.10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.15-dən 05.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti