...

Rusiya, Fransa və ABŞ -ın xarici işlər nazirləri Azərbaycan və Ermənistanı baza prinsipləri əsasında sülh sazişi layihəsi üzərində işə başlamağa çağırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2008 16:52 (UTC +04:00)
Rusiya, Fransa və ABŞ -ın xarici işlər nazirləri Azərbaycan və Ermənistanı baza prinsipləri əsasında sülh sazişi layihəsi üzərində işə başlamağa çağırıblar

Finlandiya, Helsinki, 04 dekabr/ Trend , müxbir İ. Qusatinskaya/ ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin - Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri Azərbaycan və Ermənistanı yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsipləri üzərində işləri başa çatdırmaq üçün səy göstərməyə çağırıblar.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Sergey Lavrov (Rusiya) və Bernar Kuşner (Fransa) və ABŞ Dövlət Katibinin müavini Daniel Frid Helsinkidə Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatla çıxış ediblər.

"Biz tərəfləri, nizamlanma üzrə baza prinsipləri üzərində işləri başa çatdırmaq üçün, yaxın aylarda səy göstərməyə və daha sonra bu əsasda saziş layihəsinin təşkilinə başlamağa çağırırıq", - deyə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir. Bəyanatı cümə axşamı Helsinkidə keçirilən görüşün yekunu üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov oxuyub.

Ermənistan Azərbaycan torpaqlarının 20% - ni, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayonu işğal edib. İşğal 1988 - ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını davam etdirirlər.

Nazirlər münaqişə tərəflərini Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin cari ilin noyabr ayının 2-də Moskvada baş tutan görüşündə yaranan konstruktiv və müsbət impulsdan istifadə etməyə çağırıblar.

Bəyanatda bildirilir ki, üç ölkənin prezidentlərinin görüşünün yekunu üzrə imzalanan Moskva Bəyannaməsində prezidentlər Madrid təklifləri əsasında, Minsk Qrupu çərçivəsində, sülh yolu ilə həllə bağlı olduqlarını təsdiq ediblər

Nazirlər tərəfləri etibarın möhkəmləndirilməsi üzrə tədbirlər reallaşdırmağa, fəaliyyətə mülki və hərbi şəxslərin həyatını qorumaq məqsədilə snayperlərin geri çəkilməsindən başlamağa çağırıblar.

"Münaqişənin hərbi yolla həlli yoxdur və tərəfləri sülh yolu ilə nizamlanmaya bağlı olduqlarını təsdiq etməyə çağırırıq" - deyə bəyanatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti