...

Ermənistan parlamentində Rusiya və Fransanın xarici işlər nazirləri və ABŞ Dövlət Katibi köməkçisinin birgə bəyanatına şərh veriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2008 17:44 (UTC +04:00)

Ermənistan parlamentində təmsil olunan siyasi qüvvəllər cümə günü Rusiya və Fransanın xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin köməkçisinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dekabrın 4 - də Helsinkidə qəbul olunan birgə bəyanatlarına şərh veriblər.

Mediamaks agentliyi xəbər verir ki, İrs müxalifət fraksiyasının katibi Stepan Səfəryan qeyd edib ki, Dağlıq Qarabağ probleminin nizamlanması məsələsi davamlı şəkildə Avropa strukturlarının gündəliyinə daxil olub, münaqişə tərəfləri üçün danışıqların imitasiya müddəti keçib, indi konkret qərarların qəbulu vaxtdır.

Parlamentin "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Avet Adonts Minsk Qrupunun həmsədr ölkələri nümayəndələrinin bəyanatını "müsbət sənəd" adlandırıb.

Ermənistan parlamentinin vitse-spikeri, Daşnaqsütun fraksiyasının nümayəndəsi Qrayr Karapetyan bildirib ki, bəyanat Moskva Bəyannaməsi müddəalarını təsdiq edib və yeni müddəalar nəzərdə tutmayıb. Bununla yanaşı o, "ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın məsuliyyətsiz və bir-birini inkar edən bəyanatlarından" təəccübləndiyini bildirib. Parlamentarinin sözlərinə görə, "bu onun öz slahiyyətlərinə ciddi yanaşmaması və çox vaxt istəklərini həqiqət kimi qələmə verməsinə sübutdur".

Xəbər lenti

Xəbər lenti