...

İranın Nobel sülh mükafatı laureatı Novruz bayramı münasibətilə Azərbaycan xalqına Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri qaytarılmasını arzulayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir D.Xatınoğlu /

İranın Nobel sülh mükafatı laureatı Şirin Ebadi Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

2003-cü ildə Nobel mükafatına layiq görülən Ebadi Trend -a Azərbaycan xalqının sülhsevər, eyni zamanda qəhrəman xalq olduğunu bildirib.

"Ümid edirəm ki, bahar fəslində təbiətin dəyişilməsilə birlikdə, azərbaycanlıların əhval-ruhiyyəsi də yaxşılığa doğru dəyişəcək", - deyə Ebadi cümə axşamı telefonla Tehrandan bildirib.

Nobel laureatı bildirib ki, Dağlıq Qarabağ Azərbaycan xalqının sağalmaz yarasıdır.

O, Azərbaycan xalqının Ermənistan tərəfindən işğal olunmuş topraqlarının geri qaytarmaq istəyinin tükənməyəcəyinə inandığını bildirib.

Ebadi, tezliklə Dağlıq Qarabağ münaqişəsinin müharibə ilə deyil, sülh yolu ilə həll olunmasını və bu ərazilərin Azərbaycana qaytarılmasını arzu etdiyini bildirib.

"Növruz bayramında hamının sevdiklərinə arzusu olur, mənim də Azərbaycan xalqına ən böyük arzum Qarabağın qayıtmasıdır", - Ebadi bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti